Oyun, Sosial media2 dəqiqəlik oxu
Bahlul Hasanli

3 həftə əvvəl

Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaq

Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaq

Hideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.

Kojima-nın açıqlamasına görə, PlayStation Studios 2026-cı ilin iyun ayında Physint layihəsindən çəkilmək qərarını Kojima Productions-a bildirib. Studiya layihəni davam etdirmək üçün son üç ay ərzində yeni tərəfdaş axtarıb və danışıqların nəticəsində Xbox ilə razılığa gəlib.

Kojima bildirib ki, Physint həm onun özü, həm də Kojima Productions üçün mühüm layihədir. O, oyunun ləğv edilmədiyini və hazırlanma prosesinin davam etdiyini xüsusi olaraq vurğulayıb.

Xbox da Kojima Productions ilə əməkdaşlığın genişləndirildiyini rəsmi olaraq təsdiqləyib. Xbox CEO-su Asha Sharma şirkətin Kojima-nın yaradıcı baxışını və oyun sənayesində formalaşmış qaydalara meydan oxumaq istəyini dəstəkləməkdən məmnun olduğunu bildirib.

Physint, Kojima Productions və Xbox arasında hazırlanan ilk layihə deyil. Tərəflər hazırda OD adlı qorxu oyunu üzərində də birlikdə çalışırlar. Yeni razılaşma ilə onların əməkdaşlığı daha da genişlənəcək.

Xbox-ın açıqlamasına əsasən, tərəflər gələcəkdə oyunlarla yanaşı film və televiziya layihələri üzərində də birlikdə işləyəcəklər. Lakin bu layihələrin hansı mövzuları və ya IP-ləri əhatə edəcəyi hələ açıqlanmayıb.

Bəs PHYSINT Xbox eksklüzivi olacaq?

Physint ilk dəfə 2024-cü ilin yanvarında keçirilən State of Play təqdimatında Sony ilə əməkdaşlıq çərçivəsində elan edilmişdi. Layihə oyun və kino arasındakı sərhədləri aradan qaldırmağı hədəfləyən yeni nəsil aksiyon-cəsusluq oyunu kimi təqdim olunurdu. Kojima Productions həmin dövrdə layihənin Sony Interactive Entertainment ilə birlikdə hazırlandığını təsdiqləmişdi.

Nəşr hüquqlarının Xbox-a keçməsi oyunun avtomatik olaraq Xbox eksklüzivinə çevrildiyi demək deyil. Hazırda Xbox və Kojima Productions Physintin hansı platformalarda yayımlanacağını açıqlamayıb. Oyunun PlayStation üçün də çıxıb-çıxmayacağı, həmçinin çıxış tarixi hələ məlum deyil.

Kojima Productions daha əvvəl Physintin aktyor heyətində Charlee Fraser, Don Lee və Minami Hamabe kimi adların yer aldığını açıqlamışdı. Layihənin istehsalın ilkin mərhələdə olduğu və əsas diqqətin konsepsiya, aktyor seçimi, skan və performance capture proseslərinə yönəldildiyi bildirilirdi.

Beləliklə, Sony-nin layihədən çəkilməsinə baxmayaraq, Physintin hazırlanması dayandırılmayıb. Hideo Kojima və komandası bu dəfə Xbox-ın dəstəyi ilə aksiyon-cəsusluq janrını yenidən formalaşdırmağı planlaşdırır.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun1 həftə əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun2 həftə əvvəl
  3. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyunbir ay əvvəl
  4. GTA VI: Onyilliyin oyunu haqqında bütün detallarBütün oyun dünyasının və populyar mədəniyyətin diqqət mərkəzində olan Grand Theft Auto VI haqqında ən geniş pərdəarxası məqamlar bəlli oldu. İstinad etdiyimiz Dazed Magazine jurnalının Rockstar Games yaradıcı heyəti ilə keçirdiyi eksklüziv müsahibə və dərin təhlil, oyunun mexanikası, hekayə strukturu və dünyasının miqyası ilə bağlı indiyədək məlum olmayan bir çox maraqlı faktı ortaya çıxardı.Oyunbir ay əvvəl