Oyun, Film & Serial2 dəqiqəlik oxu
Bahlul Hasanli

2 həftə əvvəl

Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaq

Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaq

Hideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.

Açıqlama Xbox-ın Tokyo Game Show 2026 təqdimatı zamanı verilib. Bununla yanaşı, Bill Skarsgård və Charlee Fraser-in yer aldığı yeni Physint afişi də nümayiş etdirilib.

KOJIMA PRODUCTIONS, PHYSINT
KOJIMA PRODUCTIONS, PHYSINT

Hideo Kojima aktyor seçimi haqqında danışarkən bildirib ki, o və Skarsgård uzun müddətdir bir-birlərinin işlərini izləyirlər. Tərəflər bu qarşılıqlı maraqdan sonra birlikdə yeni bir layihəyə başlamağa qərar veriblər. Kojima ilin əvvəlində Bill Skarsgård və Charlee Fraser ilə keçirilən geyim sınaqları, skan prosesi və kamera testlərinin uğurlu nəticələr verdiyini də qeyd edib.

KOJIMA PRODUCTIONS, PHYSINT
KOJIMA PRODUCTIONS, PHYSINT

Bill Skarsgård daha əvvəl aktyor heyətinə qoşulan Charlee Fraser, Don Lee və Minami Hamabe ilə birlikdə rol alacaq. Aktyorların oyunda hansı personajları canlandıracağı barədə hələ ətraflı məlumat verilməyib. Kojima gələcəkdə heyətlə bağlı daha bir neçə diqqətçəkən açıqlamanın veriləcəyini bildirib.

Skarsgård daha çox It, It: Chapter Two və It: Welcome to Derry layihələrində canlandırdığı Pennywise obrazı ilə tanınır. Aktyorun digər məşhur işləri arasında Nosferatu, Barbarian, The Crow, Atomic Blonde, John Wick: Chapter 4 və The Devil All the Time kimi filmlər yer alır.

Physint Hideo Kojima-nın 40 illik karyerasının kulminasiyası olacaq

Hideo Kojima “Physinti” oyun sənayesindəki 40 ildən artıq karyerasının kulminasiyası adlandırıb. Onun sözlərinə görə, layihə mövcud digital entertainment janrlarının sərhədlərindən kənara çıxaraq aksiyon-cəsusluq anlayışını yenidən formaşaldırmağı hədəfləyir.

KOJIMA PRODUCTIONS, PHYSINT
KOJIMA PRODUCTIONS, PHYSINT

Kojima Productions layihənin hazırlanmasında irəliləyiş əldə edildiyini, hazırda aktyor seçimi, oyunçuların skan edilməsi və kənar yaradıcılarla əməkdaşlıq proseslərinin davam etdiyini açıqlayıb.

“Physinti” Kojima Productions-ın üçüncü original IP-si olacaq. Studiya Xbox-ın dəstəyi ilə ən son texnologiyaları geniş aktyor heyəti ilə birləşdirərək cəsusluq janrında yeni səviyyəyə çatmağı planlaşdırır.

KOJIMA PRODUCTIONS, PHYSINT
KOJIMA PRODUCTIONS, PHYSINT

Oyun əvvəlcə PlayStation Studios tərəfindən yayımlanmalı idi. Lakin Sony layihədən geri çəkildikdən sonra Kojima Productions yeni tərəfdaş axtarışına başladı və “Physintin” hazırlanmasını Xbox ilə davam etdirmək qərarına gəldi. Oyunun çıxış tarixi və yayımlanacağı platformalar hələ açıqlanmayıb.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun1 həftə əvvəl
  2. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal2 həftə əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun3 həftə əvvəl
  4. Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?Xaç Atası-da sükutun səsi.Film & Serial4 həftə əvvəl