Film & Serial2 dəqiqəlik oxu
Shahin Asadli

4 həftə əvvəl

Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?

Xaç Atası nə üçün ən səssiz film trilogiyasıdır ?

Xaç Atası-da sükutun səsi.

Xac Atası-ı “ən səssiz film trilogiyası” adlandırmaq qəribə səslənə bilər. Çünki trilogiyanın əsl gücü danışılanlarda yox, danışılmayanlardadır. Bir baxış, qapının bağlanması və ya stol arxasında oturmağın özü belə bəzən uzun bir dialoqdan daha çox şey ifadə edir. Qan, xəyanət və güc mübarizəsi ilə dolu bu dastanda sükut gərginliyin, daxili psixoloji parçalanmanın və çətin qərarların əsas dilinə çevrilir.

Don Vito xahişi dinləyir amma biz bunu eşitmirik.
Don Vito xahişi dinləyir amma biz bunu eşitmirik.

Bunun ən güclü nümunələrindən biri ilk filmdəki restoran səhnəsidir. Michael Corleone qarşısındakı Sollozzo və McCluskey-i öldürməzdən əvvəl uzun müddət susur. Onun üzündə isə qorxu, tərəddüd və daxili mübarizə aydın şəkildə özünü biruzə verir. Silahı götürdükdən sonra eşidilən fondakı qatar səsi isə əslində Michael-ın daxili xaosunu əks etdirən səslərdir. Atəş açdıqdakı səssizlikdə isə Michael sadəcə iki düşmənini yox, öz əvvəlki həyatını da öldürür. Bundan sonra o, artıq ailə işlərindən kənarda dayanan Michael olmur.

Trilogiyanın başqa bir “səssiz dili” isə qapılardır. Birinci filmin sonunda Michael ailəsinin qarşısında tamamilə dəyişmiş halda olur. Kay onun otağına baxır və klan üzvlərinin Michael-ın ətrafında toplaşdığını görür. Daha sonra isə həmin qapı Kay-ın üzünə bağlanır. Heç kim ona “artıq hər şey dəyişdi” demir. Qapının bağlanması bunu özündə ehtiva edir.

Kay gerçəkləri öyrənir.
Kay gerçəkləri öyrənir.

İkinci filmdə isə bu səssizlik daha da “qaranlıqlaşır”. Michael artıq kənarda qalan bir oğul yox, atasının yaratdığı ailəni daha da soyuqqanlı və sistemli şəkildə idarə edən bir Dondur. Fredo-nun taleyi bunun ən ağrılı nümunəsidir. Michael-ın Fredoya “Bu sən idin, Fredo. Mənim qəbimi qırdın” deməsi və sonra səssizləşməsi artıq Fredonun taleyi haqqında nə qərar verdiyinə dəlalət edir. Michael Fredo-nu öldürən zaman da evdə sükut içində, reaksiyasız halda əyləşmişdi.

Fredo ölümdən öncə
Fredo ölümdən öncə

Üçüncü filmdə isə trilogiyanın səssizliyi peşmanlığa çevrilir. Michael illərlə qazandığı gücün qarşılığında ailəsini itirdiyini anlayır. Opera səhnəsində musiqi yüksəldikcə Michael-ın həyatındakı faciələr də bir-bir tamamlanır. Sonda qızı Mary öldürüləndə Michaelın səssiz fəryadı nəinki filmin, deyərdim kino dünyasının bəlkə də ən güclü “dialoqudur”. O artıq nə bir Don kimi sakit qala bilir, nə də əvvəlki Michael kimi düşünə bilir. Sadəcə qızının ölümünün qarşısında çökür.

Michael-ın qızının ölümünə reaksiyası
Michael-ın qızının ölümünə reaksiyası

Buna görə Xaç Atası əslində mafiya haqqında olduğu qədər də bir az da sükut haqqında trilogiyadır deyə bilərik. Çünki trilogiyanın ən böyük ironiyası budur: ən təsirli cümlələri bəzən səsləndirməyə ehtiyac yoxdur.

Tövsiyə

Oxşar məqalələr

  1. Breaking Bad öz izləyicisini necə manipulyasiya edir ?Bu serialda izlədiklərimizi görə bilirikmi ?İcmal2 həftə əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun2 həftə əvvəl
  3. Niyə bu filmə məhz 31 Avqust baxmalısan?Sabah 31 avqustdur. Yayın son günü, payızın gəlişi. Təqvimin bu səhifəsi həm də nələrinsə birdəfəlik bitməsini, keçib gedən zamanın ağırlığını xatırladır. Əgər hələ də izləməmisinizsə, Joachim Trier 2011-ci ildə çəkdiyi “Oslo, August 31st” filminə baxmaq, ya da onu yenidən xatırlamaq üçün bundan daha mükəmməl bir tarix ola bilməz.İcmalbir ay əvvəl
  4. The Odyssey - Nolan həqiqətən dövrümüzün ən yaxşı rejissorudur?Kinoteatra marağın kəskin azaldığı və filmlərin rəqəmsal platformalarda itib-batdığı bir vaxtda bir film üçün bilet tapmaqdan əziyyət çəkiriksə, bu, birmənalı olaraq böyük hadisədir. Nolan dövrümüzün ən böyük və ən çox tanınan rejissorlarından biridir. Amma çox zaman layiq olduğu diqqətdən və tərifdən daha artığını alır, şişirdilir deyə şikayətlənənlər də az deyil. Bəs "The Odyssey" bu iddiaların harasında dayanır? Nolan həqiqətən o "ən yaxşı" ünvanına layiqdirmi?İcmalbir ay əvvəl