Oyun2 dəqiqəlik oxu
Bahlul Hasanli

4 ay əvvəl

"PlayStation Studios" rəhbəri: Sony artıq birnəfərlik oyunlarını PC platformasına gətirməyəcək.

"PlayStation Studios" rəhbəri: Sony artıq birnəfərlik oyunlarını PC platformasına gətirməyəcək.

Hermen Hulst bu gün baş tutan ümumi işçi yığıncağında hekayə əsaslı birnəfərlik oyunların bundan sonra yalnız "PlayStation" üçün eksklüziv olacağını bildirib.

Bu ilin əvvəlində Sony-nin "PlayStation 5" eksklüzivlərini PC platformasında yayımlamaqdan geri çəkiləcəyi ilə bağlı yayılan şayiələrin ardınca, "PlayStation Studios" rəhbəri Hermen Hulstun işçilərə "PlayStation"ın hekayəli birnəfərlik oyunlarının yalnız öz konsollarına məxsus qalacağını söylədiyi bildirilir.

Şirkətin planları ilə yaxından tanış olan mənbələr hələ mart ayında "Bloomberg" nəşrinə PS5 oyunlarının PC platformasında yaxşı satılmadığını qeyd edərək, pc portlarının "konsolun brendinə zərər vermə riski daşıdığını və PS5 ilə onun gələcəkdəki oyunlarının satışlarına mənfi təsir göstərə biləcəyini" vurğulamışdılar.

İndi isə "Bloomberg"dən Ceyson Şrayerin (Jason Schreier) sözlərinə görə: "PlayStation" studiya biznesinin icraçı direktoru Hermen Hulst bazar ertəsi səhər saatlarında keçirilən ümumi yığıncaqda işçilərə şirkətin hekayə tərəfli birnəfərlik oyunlarının bundan sonra "PlayStation" eksklüzivi olacağını bildirdi və bununla da "Bloomberg"in bu ilin əvvəlində yayımladığı xəbəri rəsmi olaraq təsdiqlədi.

Xatırladaq ki, Sony 2020-ci ildən etibarən "God of War" və "The Last of Us" da daxil olmaqla, bir sıra nəhəng franşizalarını "Steam" vasitəsilə PC-də yayımlamağa başlamışdı. 2024-cü ildə PC üçün yayımlanan "Ghost of Tsushima: Director's Cut" isə PS interfeysi vasitəsilə kuboklar ("trophies"), PSN profilləri və dostlar siyahısı daxil olmaqla müxtəlif funksiyalardan istifadə edən ilk "PlayStation" oyunu kimi tarixə keçmişdi. Lakin 2024-cü ildə "Helldivers 2" oyununun PC portu üçün tələb olunan məcburi PSN bağlantısına oyunçular tərəfindən ciddi etirazlar yaranmış və sonradan Sony bu tələbini geri götürmək məcburiyyətində qalmışdı.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun1 həftə əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun2 həftə əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun3 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyunbir ay əvvəl