Oyun, State of Play1 dəqiqəlik oxu
Bahlul Hasanli

4 ay əvvəl

"Marvel's Wolverine" oyununun da yer alacağı yeni "PlayStation State of Play" tədbiri elan edildi.

"Marvel's Wolverine" oyununun da yer alacağı yeni "PlayStation State of Play" tədbiri elan edildi.

2 iyun 2026-cı il tarixində "Marvel's Wolverine" oyununun da nümayiş olunacağı yeni "PlayStation State of Play" tədbiri baş tutacaq.

Bir saatdan çox davam edəcək tədbirdə yeni çıxacaq digər PS5 oyunları haqqında xəbərlər və yeniliklərlə yanaşı, uzun müddətdir gözlənilən "Marvel's Wolverine" oyununa aid yeniliklər paylaşılacaq.

Canlı yayım “Britaniya Yay Vaxtı” ilə saat 22:00-da, digər regionlarda isə aşağıdakı saatlarda başlayacaq:

  • PT: 14:00
  • ET: 17:00
  • CEST: 23:00
  • JST: 3 iyun, 06:00 "Marvel's Wolverine"in 15 sentyabr 2026-cı ildə işıq üzü görəcəyi təsdiqlənib. Bu, "Marvel’s Spider-Man" və "Ratchet and Clank" kimi layihələrin yaradıcısı olan "Insomniac Games" studiyasının növbəti oyunudur.

Insomniac Games. Marvel's Wolverine
Insomniac Games. Marvel's Wolverine

Keçən gün Hermen Hulstun birnəfərlik (“single-player”) PlayStation oyunlarının artıq PC platformasına gətirilməyəcəyi ilə bağlı açıqlamasından sonra, çox güman ki, Marvel's Wolverine də PC platforması üçün çıxmayacaq.

"Marvel Tokon: Fighting Souls" oyununun da bu nümayişdə yer alması ehtimal olunur, çünki onun buraxılışı tədbirdən cəmi dörd gün sonraya planlaşdırılıb.

Tövsiyə

Oxşar məqalələr

  1. Tim Schafer oyun sənayesində işdən çıxarmaların niyə davam etdiyini başa düşə bilmir: “Görünür ki, haradasa kimsə acgözlük edir”Double Fine Productions-ın qurucusu Tim Schafer oyun sənayesində illərdir davam edən işdən çıxarmaların səbəbini başa düşmədiyini deyib. Onun fikrincə, bunun əsas səbəbi acgözlük ola bilər, amma Schafer bunu qəti səbəb kimi göstərmir.Oyun1 həftə əvvəl
  2. Bill Skarsgård Hideo Kojima-nın Physint oyununda baş rolu canlandıracaqHideo Kojima hazırlıq mərhələsində olan “Physint” oyununun baş rol ifaçısını açıqlayıb. “It” filmlərində Pennywise obrazı ilə tanınan Bill Skarsgård layihənin əsas personajını canlandıracaq.Oyun2 həftə əvvəl
  3. Hideo Kojima-nın PHYSINT oyunu artıq Sony deyil, Xbox tərəfindən yayımlanacaqHideo Kojima-nın Metal Gear Solid seriyasının mənəvi davamçısı kimi təqdim olunan yeni action-cəsusluq oyunu Physint artıq Sony Interactive Entertainment tərəfindən deyil, Xbox ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq və yayımlanacaq.Oyun3 həftə əvvəl
  4. Gamescom sürprizi 21 indie oyunGamescom 2026-da oynadığım 21 indie oyun: Bəziləri təəccübləndirdi, bəziləri isə yoxOyunbir ay əvvəl